AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki seçilib.
Akademik diplomu, müvafiq döş nişanı və vəsiqə Turan Elmlər Akademiyasının akademiki Sabir Tağıyev tərəfindən qurumun bu gün keçirilən iclasında Tubuxanım Qasımzadəyə təqdim olunub.
Dosent Tubuxanım Qasımzadə göstərilən etimada görə Turan Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.