Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2026 12:38
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq tədbirdə məruzə edib

Əlyazmalar İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq tədbirdə məruzə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Könül Sadıqova Türkiyənin Kastamonu şəhərində keçirilmiş “XII Beynəlxalq tarix elmləri simpoziumu”nda onlayn qaydada iştirak edib.

Azərbaycan, Türkiyə, Portuqaliya və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız ““Miratuz-zaman” əsərinin mövcud əlyazmaları: Bakı nüsxəsi və dünya kitabxanalarındakı izləri” mövzusunda məruzə edib, geniş və əhatəli çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb. Məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq simpozium Kastamonu Universiteti Lisansüstü Təhsil İnstitutunun təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: