AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Respublikası Şəxs Adları Komissiyasının iclası keçirilib.
İclasda Komissiyanın üzvləri iştirak ediblər.
Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşanın “Türk dillərində ortaq şəxs adları” kitabının müzakirəsi keçirilib.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli çıxışında şəxs adlarının düzgün yazılışı və seçilməsi məsələlərinə toxunub. Professor bildirib ki, şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir. Müasir dövrdə şəxs adlarının yazılışında süni intellekt imkanlarından düzgün və məqsədyönlü istifadə olunmalıdır. Alim adların seçilməsi və yazılışında fonetik variantlılığın nəzərə alınmasının vacibliyini vurğulayıb.
Kitabın diqqətçəkən cəhətlərindən biri də şəxs adlarının mənşəyi və etimologiyası ilə yanaşı, onların yayılma arealının da nəzərə alınmasıdır.
Tədbirdə alimlər çıxış edərək bildiriblər ki, bu lüğət istiqamət baxımından yenidir.
Burda müqayisələrin bütün türk dilləri üzrə verilməsi daha məqsədəuyğun olardı.
Əsərdə kişi və qadın adlarının funksional xüsusiyyətləri də nəzərə alınıb. İclasda kitabın elmi əhəmiyyəti, şəxs adlarının etimologiyasının müəyyənləşdirilməsi, onların tarixi və coğrafi yayılma xüsusiyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb, müəllifə təklif və tövsiyələr verilib.
Sonda Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova çıxışında vətəndaşların ad seçərkən milli-mənəvi dəyərləri və dil normalarrını nəzərə alınmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.