26 sentyabr 2026-cı il tarixində İsveçdə fəaliyyət göstərən Qobustan Azərbaycan Aydınlar Ocağının təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan konfrans keçirilib.
Konfransda Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahim Türkoloji Qurultayın 100 illiyi ilə bağlı əhatəli məruzə ilə çıxış edib.
Tədbirdə Azərbaycanın tanınmış ziyalıları – tarixçi-publisist professor Ədalət Tahirzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva və digər alim və tədqiqatçılar iştirak edərək Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk dünyasının elmi-mədəni həyatındakı rolu və irsi ilə bağlı dəyərli fikirlər səsləndiriblər.
Konfrans iştirakçıları Birinci Türkoloji Qurultayın türk xalqlarının dil, ədəbiyyat, tarix və mədəniyyətinin öyrənilməsi və inkişafında mühüm mərhələ olduğunu vurğulanıb, onun 100 illik yubileyinin qeyd olunmasının əhəmiyyətini qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.