Xəzər Universitetində Mədəniyyət Nazirliyi nəzdində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma mərkəzinin təşkilatçılığı ilə, Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Sənət inciləri” adlı Mühazirə-konsert keçirilib.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açmış və Ü.Hacıbəyli haqqında dolğun və yığcam fikirlər səsləndirib. Daha sonra Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov çıxış edib. Sonra söz AMEA Memarlıq və İncəsənət İnstitutunun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərliyə verilib. O, “Ü.Hacıbəylinin yaradıcılığında xalq melodiyalarından istifadə məsələləri” mövzusunda mühazirə ilə çıxış edib.
Üzeyir bəy Haclbəyli haqqında danışarkən İ.Köçərli qeyd edib ki, “biz musiqiçilər onu dahi bəstəkar və musiqişünas-alim, Azərbaycan musiqisinin klassiki, opera sənətimizin banisi, musiqi mədəniyyətinin inkişafında böyük rolu olan şəxsiyyət kimi dəyərləndiririk. Deyə bilərik ki, o, bizim musiqi dünyamızın bir Tanrısıdır. Biz musiqiçilər onu dahi bəstəkar və musiqişünas-alim, Azərbaycan musiqisinin klassiki, opera sənətimizin banisi, musiqi mədəniyyətinin inkişafında böyük rolu olan şəxsiyyət kimi dəyərləndiririk. Ədəbiyyatşünaslar isə onu ədib, satirik yazıçı, dramaturq adlandırırlar. Mirzə Cəlil, Ə.Haqverdiyev, M.Ə.Sabir ilə bir cərgəyə qoyurlar. Siyasətçilər Ü.Hacıbəylini AXC-nin qurucularından biri, Azərbaycançılıq ideyalarının, milli şüurun formalaşmasında böyük rolu olan siyasi-ictimai xadim olaraq qəbul edir, onun “Azərbaycan” qəzetində fəaliyyətini, “Bir yaş” və b. məqalələrini misal çəkirlər. Müəllimlər onu bəstəkar olmamışdan öncə qabaqcıl, yenilikçi müəllim olduğunu söyləyirlər, ilk dərslik olan və ana dilində yazılan “Hesab məsələləri”ni, məktəb, müəllim, tədris haqqında fikirlərini və s. önə çəkirlər. Dilşünaslar isə Ü.Hacıbəylini sistemli dil konsepsiyası olan ilk dilçi-publisist olaraq qəbul edirlər, onun bəzi məqalələri milli dil ideologiyasının əsas mətnlərindən sayılır. Həqiqətən də, onun ilk məqalələri məhz dillə bağlı olmuşdur. Onu ədib, satirik yazıçı, dramaturq adlandırırlar. Mirzə Cəlil, Ə.Haqverdiyev, M.Ə.Sabir ilə bir cərgəyə qoyurlar. Siyasətçilər Ü.Hacıbəylini AXC-nin qurucularından biri, Azərbaycançılıq ideyalarının, milli şüurun formalaşmasında böyük rolu olan siyasi-ictimai xadim olaraq qəbul edir, onun “Azərbaycan” qəzetində fəaliyyətini, “Bir yaş” və b. məqalələrini misal çəkirlər. Müəllimlər onu bəstəkar olmamışdan öncə qabaqcıl, yenilikçi müəllim olduğunu söyləyirlər, ilk dərslik olan və ana dilində yazılmış “Hesab məsələləri”ni, məktəb, müəllim, tədris haqqında fikirlərini və s. önə çəkirlər. Dilşünaslar isə Ü.Hacıbəylini sistemli dil konsepsiyası olan ilk dilçi-publisist olaraq qəbul edirlər, onun yazdığı çoxlu sayda məqalə, resenziya və s. misal çəkirlər. Həqiqətən də, onun ilk məqalələri məhz dillə bağlı olmuşdur.” Daha sonra İ.Köçərli qeyd edib ki, Ü.Hacıbəyli öz əsərlərində xalq melodiyalarını yeni keyfiyyət və məzmunda təqdim etmişdir, onlara yeni həyat qazandırmışdır. Dahi bəstəkar xalq musiqisini əsərin dramaturgiyasına tabe etmiş, məzmun və hadisələrə uyğun musiqi nümunələri seçməyi bacarmışdır. Beləliklə, yüzilliklər boyi səslənən ənənəvi xalq mahnı və rəqsləri, rəng və təsnifləri, aşıq havaları və muğam obrazın xarakteristikasına çevrilmiş və onlara uyğun cizgilər əldə etmişdir. Bəstəkarın milli melodiyalardan istifadə üsulları xalq musiqisinə baxışlarda sanki bir inqilab yaratmış və gələcək bəstəkar üçün bir örnək olmuşdur.
Daha sonra Ü.Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Proqramda “Leyli və Məcnun”, “Koroğlu” operalarından musiqi nömrələri və b. nümunələr, M.Maqomayevin əsərlərindən parçalar səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.