Bakıda gənc kardioloqların peşəkar inkişafına və müasir kardiologiyanın aktual məsələlərinin müzakirəsinə həsr olunmuş II Gənc Kardioloqlar Forumu keçirilib. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən Forumda kardiologiyada müasir diaqnostika və müalicə yanaşmaları, innovativ texnologiyalar, aritmologiya və digər aktual istiqamətlər üzrə məruzələr dinlənilib, fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Türkiyənin Akdeniz Universitetinin professoru, AR ETN Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşı, AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva iştirak ediblər.
Forum alimlər və gənc mütəxəssislər arasında elmi və peşəkar əlaqələrin genişləndirilməsi, molekulyar biologiya və biotibb sahəsində əldə olunan elmi nəticələrin müasir tibb praktikası ilə əlaqələndirilməsi baxımından əhəmiyyətli platforma olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.