Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.06.2016 09:33
  • A-
  • A
  • A+

AMEA-da Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin nümayəndə heyəti ilə görüş keçirilib

AMEA-da Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin nümayəndə heyəti ilə görüş keçirilib

İyunun 22-də AMEA Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının “Poisk” qəzeti baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları qəbul edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev nümayəndə heyətinin AMEA-nın regional elmi mərkəzlərində də görüşlər keçirəcəyini qeyd edib, bu səfərin ikitərəfli əməkdaşlıq əlaqlərinin genişləndirlilməsi baxımından səmərəli olacağına əminliyini bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Y.Ponarina söyləyib ki, səfərin əsas məqsədlərindən biri də AMEA-nın elmi, elmi-təşkilati, o cümlədən regionlardakı elmi-innovativ fəaliyyəti, elmi nailiyyətləri barədə müxtəlif səpkili materialların hazırlanmasıdır.

AMEA ilə Rusiya Elmlər Akademiyası arasında çoxşaxəli əməkdaşlıqdan danışan akademik R.Əliquliyev rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) fəaliyyəti haqqında məlumat verib. İTİ-də elektron dövlətin qurulması, elektron elmin tətbiqi, informasiya təhlükəsizliyinin təmini, kadr hazırlığı və s. əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Bildirib ki, AMEA-nın vahid kompüter sisteminə 4500-dən artıq kompüter qoşulub, akademiyada qabaqcıl informasiya texnologiyalarından istifadə yolu ilə respublikanın bütün elmi qurumlarını əhatə edən vahid elmi şəbəkə infrastrukturu qurulub, mövcud sahədəki problemlərə həsr olunan konfrans və simpoziumlar keçirilib.

AMEA-nın prezidenti, akademik A.Əlizadənin proqram mühəndisliyi və proqram təminatına böyük diqqət göstərdiyini söyləyən R.Əliquliyev institutda təşkil edilən gənc proqramçılar məktəbi, bu sahəyə həsr olunan olimpiadalar və digər tədbirlər barədə də qonaqları məlumatlandırıb.

Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: