Britaniya Kolumbiyası Universitetinin (University of British Columbia) tədqiqatçılar qrupu İsveçrə alimləri ilə birlikdə xəstənin orqanizmində dərmanların konsentrasiyasını izləmək üçün sistem hazırlayıb. Nazik plastıra oxşayan qurğu uzunluğu yarım millimetrdən az mikroiynələrlə təchiz edilib. Plastır xəstənin əlinə bərkidilərək ağrı və narahatlıq yaratmır.
medportal.ru saytı yazır ki, mikroiynələr yalnız dərinin sinir sonluqları və qan damarlarının olmadığı üst qatını deşməklə daxili təbəqəni zədələmirlər. Qurğu vasitəsilə qan yox, dərinin üst qatının altında olan maye əldə edilir. İynələrə bir milyon millilitrə uyğun həcm düşür. İynəyə quraşdırılan optik sensor sayəsində dərman preparatının konsentrasiyasını asan və tez müəyyənləşdirmək olur.
Mütəxəssislər kəşfi sınaqdan keçirərək qurğu vasitəsilə vankomitsinin toplanmasını izləyiblər. Bu antibiotik ciddi infeksiyalarla mübarizə üçün istifadə olunur və adətən vena daxilinə vurulur. Vankomitsin kursu keçən xəstələr qanda dərmanın konsentrasiyasını izləmək üçün gündə 3-4 dəfə qan verməlidirlər. Yeni sistem isə monitorinq prosedurunu daha ürəkaçan edəcək.
Alim Urs Hafelinin sözlərinə görə, onların icad etdiyi qurğu analizlərin keçirilməsi üçün indiyədək istifadə olunan ən az maye həcmi ilə işləyir və hər iki funksiyanı yerinə yetirir - mayeni götürür və onu tədqiq edir.