Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ətraf mühitdən istənilən rəng çalarını nüsxələmək bacarığına malik qələm ixtira edilib
08.08.2016 11:07
  • A-
  • A
  • A+

Ətraf mühitdən istənilən rəng çalarını nüsxələmək bacarığına malik qələm ixtira edilib

Amerikalı alimlər rəng çalarlarını skan etməyi bacaran qələm ixtira ediblər.

"Ağıllı" qələm xüsusi mobil proqram vasitəsiylə ətraf aləmdən 16 milyondan çox rəng calarını skan edir və müvafiq olaraq bir neçə saniyə ərzində öz rəngini dəyişdirir.

Qələmə rəngləri tanıyan sensor və skan etmədən sonra lazımi rəngin mürəkkəbini qələmin daxilində yaratma prosesinə təkan verən “ARM Cortex M-3” mikroprosessoru quraşdırılıb. Qələm qara, ağ, sarı, mavi və qırmızı boyalı kartriclərlə təchiz edilib.

Qurğunu skan edilən obyektə yaxınlaşdıran zaman qələmin içindəki mürəkkəblər müəyyən nisbətdə qarışır və istifadəçi lazımi çaları əldə edir.

Qələmin daxilinə yerləşdirilmiş batareya ona yeddi saat ərzində fasiləsiz işləməyə icazə verir.

www.mk.ru/science

  • Paylaş: