Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb
04.10.2016 14:17
  • A-
  • A
  • A+

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

İsveçin paytaxtı Stokholmda fizika üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.

2016-cı ildə bu mükafata Devid Dulez, Danken Haldeyn və Maykl Kosterlitz topoloji faza keçidlərinin və materiyanın topoloji mərhələlərinin nəzəri kəşflərinə görə layiq görülüblər. Alimlər ekzotik materiyanın sirlərini aşkar ediblər. Belə ki, onlar materiyanın ifrat keçiricilik, axımlılıq və digər qeyri-adi fazalarını, vəziyyətlərini qabaqcıl riyazi metodlar vasitəsilə tədqiq ediblər.

Qeyd edək ki, bu kəşf materiyanın sirlərini aşkar etməklə yanaşı, innovativ materialların inkişafı sahəsində yeni perspektivlər açacaq.

www.nobelprize.org

  • Paylaş: