Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Telman Əliyev beynəlxalq aerokosmik sərgidə çıxış edib
17.10.2016 16:27
  • A-
  • A
  • A+

Akademik Telman Əliyev beynəlxalq aerokosmik sərgidə çıxış edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Türkiyənin Kayseri şəhərində keçirilən beynəlxalq aerokosmik “AEROEX 2016” sərgisində iştirak edib. 

Akademik T.Əliyev sərgidə “Uçuş aparatlarının texniki vəziyyətinə ekvivalent olan korrelasiya matrislərinin formalaşması texnologiyası” və "Aviasiyada defektlərin noise monitorinqi” mövzularında məruzələrlə çıxış edib.

Tədbir çərçivəsində müxtəlif görüşlər keçirilib, azərbaycanlı alimlərin elmi layihələri sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycanlı alim konfransın təşkilatçıları tərəfindən fəxri diplomla təltif edilib.

“AEROEX 2016” sərgisinin keçirilməsinin əsas məqsədi aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni əlaqələrin və əməkdaşlığın qurulmasıdır. Sərginin əsas mövzuları aerokosmik materiallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, “yaşıl” texnologiyalar, başlanğic sistemləri, peyk texnologiyaları, dron yaratma və istifadə texnologiyalarıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: