Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.10.2016 09:21
  • A-
  • A
  • A+

AMEA ilə Estoniya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb

AMEA ilə Estoniya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Estoniya Elmlər Akademiyasının (EEA) dəvəti ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də bu ölkədə səfərdə olub.

Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, səfərin ilk günü - oktyabrın 27-də nümayəndə heyəti Tallin Texniki Universitetində bu ali təhsil müəssisəsinin tədqiqatlar üzrə prorektoru Renno Veinthal ilə görüşüb. Azərbaycan nümayəndə heyəti üçün universitetdə müxtəlif sahələrdə aparılan tədqiqat layihələri üzrə xüsusi təqdimatlar keçirilib.

Həmin gün AMEA ilə EEA arasında elmi əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilib.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və EEA-nın prezidenti Tarmo Soomere imzalayıblar.

Tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, EEA-nın üzvləri və ölkənin digər görkəmli alimləri iştirak ediblər.

Sonda akademik A.Əlizadə estoniyalı həmkarına AMEA-nın 70 illiyinə həsr olunan yubiley medalını hədiyyə edib, akademiyanın tarixi, aktual elmi layihələri barədə tədbir iştirakçilarına geniş məlumat verib və EEA-nın prezidentini Azərbaycana səfərə dəvət edib.

İmzalanmış sazişin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu söyləyən T.Soomere rəhbərlik etdiyi elmi qurumun fəaliyyəti və nailiyyətləri, habelə EEA-nın yerləşdiyi binanın tarixi barədə danışıb.

Daha sonra tədbir iştirakçıları EEA-nın binasını gəzib, buradakı şəraitlə tanış olublar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Tallin TexnikiUniversitetində olub, bu ali məktəbin tədqiqatlar üzrə prorektoru xanım Katrin Niglas ilə görüşüb, bu təhsil ocağının fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC

 

  • Paylaş: