Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2016 11:25
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyev London İmperial Kollecində məruzələrlə çıxış edib

Akademik Fikrət Əliyev London İmperial Kollecində məruzələrlə çıxış edib

20-27 noyabr 2016-cı il tarixlərində Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Böyük Britaniyada elmi ezamiyyətdə olub. O, London İmperial Kollecində keçirilən "Analiz və xüsusi törəməli differensial tənliklər" beynəlxalq konfransında "Bəzi identifikasiya məsələlərinin həlli üçün asimptotik metodlar", “Nasos-kompressor borularının müxtəlif hissələrində hidravlik müqavimət əmsalını müəyyən etmək üçün metod” adlı məruzələrlə çıxış edib.

Səfər çərçivəsində akademik F.Əliyev London İmperial Kollecinin İnformasiya Texnologiyaları və Tətbiqi Riyaziyyat Departamentində də olub. Görüşdə İmperial Kollec ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu arasında elmi əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq üçün tədbirlər planı hazırlanıb. Akademik gələcəkdə institutda yerinə yetiriləcək layihələr barədə da məlumat verib. Birgə layihələrin yerinə yetirilməsi üçün Analiz Tətbiqləri və Hesablamaları Beynəlxalq Cəmiyyəti (ISAAC) ilə əlaqə yaradılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: