Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2017 15:51
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və Genetika İnstitutu ilə əməkdaşlıq edəcək

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və Genetika İnstitutu ilə əməkdaşlıq edəcək

Rusiyanın Novosibirsk şəhərində yerləşən Federal Tədqiqatlar Mərkəzinin Sitologiya və Genetika İnstitutunun Sibir şöbəsinin əməkdaşları - professor Yelena Xlestkina və Svetlana Zubova AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olublar.

İnstitutun laboratoriyaları ilə tanış olan qonaqlara elmi müəssisənin yaranma tarixi, burada aparılan tədqiqatlar və kadr hazırlığı barədə məlumat verilib.

Sonra rusiyalı qonaqların iştirakı ilə institutda seminar keçirilib.

Tədbirdə professor Y.Xlestkina “Bitkilərin genetika, biotexnologiya və bioinformatikası” mövzusunda məruzə ilə çıxış edib. Alim təmsil etdiyi qurumun əsas tədqiqat istiqamətinin insan, heyvan və bitki genetikası olduğunu və burada kadr hazırlığına ciddi diqqət yetirildiyini bildirib.

Seminarda S.Zubova “Təbii elmlər sahəsində əlavə profil təhsili” mövzusunda məruzə ilə çıxış edib. O, məktəbliləri elmə həvəsləndirmək və dünyagörüşlərini artırmaq üçün təmsil etdiyi qurumda aparılan işlərdən bəhs edib. Bildirib ki, institutda 4-11-ci sinif şagirdləri üçün mütəmadi konfranslar keçirilir.

Sonda iki müəssisə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının zəruriliyi qeyd olunub.

Qonaqlara AMEA-nın Xəbərləri (Biologiya elmləri seriyası) jurnalının ingilis dilində xüsusi nömrəsi və akademik Cəlal Əliyevə həsr olunan buklet hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: