Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.07.2017 20:55
  • A-
  • A
  • A+

İndoneziyanın ölkəmizdəki səfiri AMEA-da olub

İndoneziyanın ölkəmizdəki səfiri AMEA-da olub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Görüşdə AMEA rəhbəri Akademiyanın yaranma tarixi və fəaliyyəti, aparılan mühüm tədqiqatlar barədə məlumat verərək ölkələr arasında elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və davamlı inkişafının əhəmiyyətini qeyd edib. Akademik xüsusən də geoloq və seysmoloqların birgə tədqiqat aparması üçün İndoneziya ərazisinin əlverişli olduğunu bildirib.

Səfir Hüsnan Bəy Fanani iki ölkə arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu  söyləyərək İndoneziya və Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib, elmi sahədə də müvafiq qurumlar ilə əməkdaşlıq münasibətlərinin inkişafının zəruriliyini vurğulayıb.

Görüş elmi əməkdaşlıq əlaqələrinin gələcək perspektivlərinin müzakirəsi ilə davam edib. Yaxın zamanlarda Azərbaycan və İndoneziyanın elmi qurumları arasında memorandumun imzalanacağı bildirilib.

Akademik Akif Əlizadə dünyada ilk dəfə AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən hazırlanmış "Dünya palçıq vulkanları atlası"nı və AMEA-nın 70 illik yubileyi münasibətilə çap edilmiş "AMEA-nın simaları" kitabını səfirə hədiyyə edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: