Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2014 00:00
  • A-
  • A
  • A+

Beynəlxalq əlaqələr üzrə məsul şəxslərlə görüş keçirildi

Beynəlxalq əlaqələr üzrə məsul şəxslərlə görüş keçirildi

5 mart 2014-cü il tarixdə AMEA-nın Əsas binasında AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr İdarəsi (BƏİ) tərəfindən AMEA institut və təşkilatlarının beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə görüş keçirildi.

Görüşdə BƏİ-nin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev, rəis müavini Zərifə Əliyeva və Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəis müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov iştirak etmişdir.

Qulam Babayev bildirdi ki, əsas məqsəd AMEA institut və təşkilatlarının beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq qrant layihələrinin həyata keçirilməsi üçün birgə işlərin görülməsi istiqamətində müzakirələrin aparmasıdır. Rəhbərlik etdiyi idarənin fəaliyyəti haqqında məlumat verən Q.Babayev idarənin nəzdindəki Xarici ölkələrin akademik qurumları ilə əlaqələr və Beynəlxalq təşkilatlarla əlaqələr şöbələrinin fəaliyyət istiqamətləri haqqında məlumat verdi.

İdarənin rəis müavini Zərifə Əliyeva bu gün akademiyada beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd etdi. Azərbaycan alimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası üçün dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulmasının vacib məsələlərdən olduğunu bildirdi. Səmərəli fəaliyyət üçün beynəlxalq təşkilatların qrant layihələrində alimlərin iştirakının əhəmiyyətini vurğuladı.

Tədbirdə AMEA Şamaxı Astrofizika Rəsədxanasından Arif Qəmbərov, AMEA Folklor İnstitutundan Əli Şamilov, AMEA Botanika İnstitutundan biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA Coğrafiya İnstitutundan fizika-riyaziyyat üzrə elmlər doktoru Rauf Qardaşov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və digərləri çıxış edərək öz fikir və təkliflərini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: