Heydər Əliyev Fondu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan muğam sənətinin tarixinə və musiqi nəzəriyyəsinə dair 7 əsərin 3 kitabda nəfis nəşrini həyata keçirib.
Bunlar XVII əsr alimi Əmirxan Kövkəbinin “Risalə dər müsiqi”, Mir Möhsün Nəvvabın “Elmi-musiqi”, müəllifi məlum olmayan “Behcətür-ruh”, “Muğam üstündə oxunan şeirlər”, “Risalə dər elmi-musiqi”, “Risalə dər musiqi”, “Risaleyi-musiqi” əsərləridir.
Risalələri fars dilindən Əlyazmalar İnstitutunun əməkdaşları Rauf Şeyxzamanlı və Mustafa Mailoğlu tərcümə ediblər.
Əsərlərin redaktorları filologiya elmləri doktorları Möhsün Nağısoylu, Nəsib Göyüşov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayevadır.
Elmi məsləhətçilər filologiya üzrə elmlər doktoru Paşa Kərimov, professorlarRamiz Zöhrabov və Canəli Əkbərovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.