Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2018 08:56
  • A-
  • A
  • A+

AMEA-da “Heydər Əliyev irsi: ənənə və müasirlik” mövzusunda elmi konfrans keçirilib

AMEA-da “Heydər Əliyev irsi: ənənə və müasirlik” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev irsi: ənənə və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu söyləyib. Qeyd edib ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə iqtisadi, siyasi, elmi, mədəni, ordu quruculuğu və digər sahələrdə bir çox uğurlar əldə edilib, Azərbaycanı müasir inkişafa aparan "Əsrin müqaviləsi" imzalanıb.

Alim Heydər Əliyevin elm və təhsil məsələlərinə daima xüsusi diqqət yetirdiyini və 1960-1970-ci illərdə Azərbaycan gənclərinin SSRİ-nin ən aparıcı universitetlərində təhsil almalarına imkanlar yaratdığını söyləyib. O, bu diqqətin məntiqi davamı kimi ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra ilk görüşünü məhz AMEA-da Azərbaycan ziyalıları ilə keçirməsi olduğunu deyib.

Konfransın mövzusuna toxunan İlham Məmmədzadə Heydər Əliyevin hər zaman xalqımızın adət-ənənələrinə hörmətlə yanaşdığını, eyni zamanda ölkəmizi inkişafa aparan və beynəlxalq arenalarda söz sahibinə çevirən müasirliklərə də xüsusi önəm verdiyini vurğulayıb.

İnstitut direktoru ulu öndərin zəngin faəliyyətindəki ənənə ilə müasirlik çalarlarının növbəti illərdə rəhbərlik etdiyi müəssisə tərəfindən araşdırılacağını diqqətə çatdrıb.

Sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova insanların gəlcəyə ruhlandırılması və çətin məqamlarda çıxış yolunun tapılması qabiliyyətinin liderliyin əsas xüsusiyyətləri olduğunu və bu nüansların ulu öndərdə cəmləşdiyini bildirib. O, Heydər Əliyevin insan kapitalına daima önəm verdiyini və ölkəmizin bugünkü inkişafının təməlində ümummilli liderin sadə vətəndaşlarla görüşü zamanı onları gələcəyə ruhlandırmasının dayandığını deyib.

F.Xələfova daha sonra ulu öndərlə bağlı xatirələrini bölüşüb.

Konfransda, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin "Heydər Əliyevin siyasi irsi: millilik və bəşərilik", fəlsəfə üzrə elmlər doktoru, dosent Xatirə Quliyevanın "Heydər Əliyevin ulu öndərlik missiyası" və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun "Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası: güclü dövlətçiliyin avanqardı" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: