Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Fəlsəfə və Hüquq İnstitutunda gənc alimlərlə görüş keçirilib
24.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə və Hüquq İnstitutunda gənc alimlərlə görüş keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda gənc alimlərlə növbəti görüş keçirilib. Alimlərin mövcud problemlərini, təklif və iradlarını öyrənmək məqsədi ilə təşkil olunan görüşdə çıxış edən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 2013-cü il ərzində gənc alimlərin fəaliyyəti, gələcək perspektivləri və planları barədə məlumat verib. İlham Məmmədzadə hazırda tədqiqatçıların diskussiya xarakterli, yeni mövzular üzərində araşdırma aparmasına ehtiyac olduğunu vurğulayıb.

Elmi işlər üzrə direktor müavini, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva çıxışında gənclərlə bağlı fəaliyyət çərçivəsində institutun gənc tədqiqatçılarının elektron ünvan bazası, analitik informasiya sistemi, dövlət proqramları və gənclərlə bağlı sənədlərin icrası, onların uğurları, beynəlxalq konfranslarda iştirakı məsələlərinə toxunub.

Görüşdə gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılıb, suallar ətrafında fikir mübadiləsi aparılıb.

Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Rahil Nəcəfov, Politologiya və siyasi sosiologiya şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, Etikanın nəzəri və tətbiqi problemləri şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə sual və təkliflərlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: