Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.08.2018 13:54
  • A-
  • A
  • A+

Hindistanlı alim Şəki Regional Elmi Mərkəzində məruzə ilə çıxış edib

Hindistanlı alim Şəki Regional Elmi Mərkəzində məruzə ilə çıxış edib

2-3 avqust 2018-ci il tarixlərində AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) bu elmi müəssisənin növbəti seminarı keçirilib.

Seminarda Hindistan İpəkçilik və Toxuculuq Nazirliyinin İpəkçilik Tədqiqat və Təlim Mərkəzinin elmi işçisi Dr. Rajeş Kumar “Hindistanda palıd yarpağı ilə yemlənən ipəkqurdlarının bioloji müxtəlifliyi” mövzusunda məruzə  ilə çıxış edib.

Hindistanlı alim ölkəsində palıd yarpağı ilə yemlənən 7 növ ipəkqurdunun biomüxtəlifliyi, hər bir növün yemlənmə xüsusiyyətləri, onlardan alınmış baramanın və sapın bioloji və texnoloji göstəriciləri, ipək saplardan hazırlanan məhsullara dair məlumat verib. O, eyni zamanda, həmin ipəkqurdu sortlarının yemlənməsində istifadə olunan palıd, gənəgərçək, payam, tapioca, aylant bitki və ağaclarının yetişdirilməsi və yemlənmədə istifadə qaydaları barədə danışıb.

Sonra məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda Dr. Rajeş Kumarın təmsil etdiyi Hindistan İpəkçilik Tədqiqat və Təlim Mərkəzi ilə ŞREM arasında birgə elmi-texniki əməkdaşlığa dair müqavilə bağlanması haqqında razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: