AMEA Mərkəzi Nəbatat Bağında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və “Təbiət Dostları” təşkilatının birgə dəstəyi ilə 22 may-Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar seminar keçirilib. Məqsəd gəncləri Azərbaycanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış etmək və bu istiqamətdə maarifləndirməkdən ibarət idi.
Tədbirdə çıxış edən WWF-in Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov Azərbaycanın müxtəlif fauna növləri haqqında ətraflı məlumat verərək bir çox nəsli kəsilməkdə olan növlərin artırılma imkanlarından danışıb.
Sonra Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev Nəbatat Bağının biomüxtəlifliyin qorunmasındakı əhəmiyyəti və yaratdığı geniş imkanlardan söz açıb. O, bu sahədə əldə etdiyi təcrübə və biliklərini gənclərlə bölüşüb.
Sonda birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu istiqamətdə tədbirlərinin davamlı olmasının vacibliyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.