AMEA Polimer Materialları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının filialının yaradılması nəzərdə tutulub.
Bu məqsədlə institutda sözügedən kafedranın müdiri, professor Oqtay Əkbərovla görüş keçirilib. Görüşdə anlaşma memorandumu və fəaliyyət göstərəcək filialın əsasnaməsi müzakirə edilib, onun təşkilati strukturu müəyyənləşdirilib.
5 il müddətində qüvvədə olacaq filialın yaradılması haqqında müqavilə elmi simpozium, seminar və konfransların təşkili, beynəlxalq və yerli layihələrdə birgə iştirak, müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monorafiyaların, dərslik və dərs vəsaitlərinin yazılmasına imkan verəcək.
Qeyd edək ki, filialın yaradılması ilə bağlı sənədlər BDU-nun rektoru, akademik Abel Məhərrəmovun müzakirəsinə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.