AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları tərəfindən hazırlanan "Biosferin çirklənməsinin bəzi antropogen amillərinin ekoloji təhlili" kitabı rus dilində çapdan çıxıb.
Kitabda ətraf mühitin zərərli maddələrin təsirindən mühafizəsinə aid olan məsələlər öz əksini tapıb.
Nəşrdə kimyəvi tullantıların əmələ gəlməsi və zərərsizləşdirilməsinə geniş yer verilib. Neft kimyasının müxtəlif sahəsində səthi aktiv maddələrin tətbiqinin ekoloji və iqtisadi cəhətdən aktuallığı qeyd edilib. Bir sıra kimyəvi elementlərin zəhərli xassələri və biokimyəvi rolu araşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.