Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2019 09:40
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun gənc alimləri mükafatlandırılıb

Radiasiya Problemləri İnstitutunun gənc alimləri mükafatlandırılıb

Radiasiya Problemləri İnstitutunun (RPİ) Həmkarlar İttifaqı Komitəsinin və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nailiyyətlərindən, eləcə də başlıca məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, RPİ-nin gənc alim və mütəxəssisləri ötən il akademiyanın elmi-ictimai həyatında yaxından iştirak edib, məhsuldar fəaliyyətlə yadda qalıblar.

O.Səmədov fərqlənən gənclərin təşviq edilməsi tendensiyasının gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Sonra GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək akademiyada, həmçinin RPİ-də gənclərin inkişafı istiqamətində görülən mühüm işlərin nəticələrindən danışıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva isə müəssisənin gənc əməkdaşlarının beynəlxalq fəaliyyətindən və çap olunmuş məqalələrindən bəhs edib.  

Tədbirdə, həmçinin AMEA GAMŞ-ın İdarə Heyətinin üzvləri - dosent Orxan Abbasov, Nərminə Adıgözəlova, Ulduzə Qurbanova və digərləri çıxış edərək iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda müəssisənin elmi-ictimai fəaliyyətində fərqlənən bir qrup gənc - Murad Cahangirov, Günel İmanova, Asif Nəbiyev və Hacı Vahid Axundzadə diplom və pul mükafatları ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: