Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud” jurnalının yeni sayı işıq üzü görüb
17.08.2014 00:00
  • A-
  • A
  • A+

“Dədə Qorqud” jurnalının yeni sayı işıq üzü görüb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” jurnalının yeni sayı işıq üzü görüb.

Jurnalın bu sayında “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölümü üzrə fil.ü.e.d. V.Zahiroğlu “Dədə Qorqud kitabı”nın nəşrlərindəki yanlışlıqlar və mətn həqiqətləri”, tar.ü.f.d. Xəliyəddin Xəlilinin “Dədə Qorqud” Oğuznamələrində mifoloji təfəkkürün qapalı tsiklinin dağılması prosesi və mexaniki islam əlavəsi”, Nailə Əskərin “Dədə Qorqud” boylarındakı şeirlərdə bədii təsvir vasitələri”, Hikmət Quliyev “Müdrik qoca arxetipinin Dədə Qorqud paradiqması”, Mehmet Can Cihanın (Türkiyə, Sakarya) “Dədə Qorqud kitabı” Pertev Naili Boratavın tədqiqatlarında” və s. məqalələr yer alıb.

Paul Mirobilin (İngiltərə) “Dədə Qorqud kimdir?” yazısında (ingiliscədən tərcümə edəni: fil.ü.f.d. Seyran Əliyev) oğuzların tarixi, yaşadıqları həyat tərzi, düşüncə, adət, arzuları haqda məlumat verilir, müxtəlif dövrlərdə qələmə alınmış Avropa mənşəli eposlarla müqayisə edilir, poetikasından bəhs olunur.

Prof. Füzulu Bayatın “Türk mədəniyyətində seyidlik” məqaləsində mövzuya hərtərəfli yanaşma (Seyidlik və milli mənsubiyyət, təsəvvür qavramında seyidlik, yaxud mənəvi seyidlik və s.) verilir.

Qeyd edək ki, jurnalın indiyədək 49 sayı işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: