Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsinin təqdimatı olub
04.03.2019 14:48
  • A-
  • A
  • A+

“Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsinin təqdimatı olub

ABŞ-ın Lavrence Livermore Milli Laboratoriyasının əməkdaşı Rengin Gök, Gürcüstanın Tbilisi Dövlət Universitetinin Yer Elmləri İnstitutunun direktoru Tea Qodoladze və Birləşmiş Seysmoloji Tədqiqat İnstitutlarının (IRIS) Cihazlaşdırma direktoru Bob Vudvard AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra Ukraynanın Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsinin təqdimatı olub.

Layihəni təqdim edən R.Gök Mərkəzi Asiya və Qafqaz ölkələrinin seysmik şəbəkələrində vəziyyətin fərqli olduğunu deyib. O, Azərbaycanda seysmik şəbəkənin digər ölkələrdən daha müasir olduğunu bildirib, yeni proqramların işlənilməsi və şəbəkədə digər yeniliklərin edilməsi istiqamətində RSXM-ə dəstək verəcəklərini vurğulayıb.

Q.Yetirmişli isə Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması istiqamətində işlərin ləngidiyini, layihə çərçivəsində bu barədə Azərbaycana müəyyən qədər dəstək verilməsinin mümkünlüyünü söyləyib.

Daha sonra RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova Azərbaycanın seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti, tətbiq olunan proqramlar, alınan nəticələr və görülən işlərə dair məruzə ilə çıxış edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: