Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.05.2017 14:24
  • A-
  • A
  • A+

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Əlaqə və Tərəfdaşlıq nümayəndəliyinin rəhbəri Mələk Çaxmaq AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub.

Qonağı salamlayan institutun direktoru, akademik Telman Əliyev ona son illərdə bu elmi müəssisədə aparılan tədqiqat işləri, həmçinin regionda seysmik proseslərin başlanmasının intellektual seysmoakustik xəbərdarlıq sistemi lahiyəsi barədə məlumat verib.

Görüşdə iki qurum arasında mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub. Bundan əlavə, FAO ilə əməkdaşlıq çərçivəsində regionda su anbarlarında təbii fəlakətlərin risklərinin azaldılması məqsədilə seysmik proseslərin intellektual seysmoakustik xəbərdarlıq sisteminin yaradılması təklifi irəli sürülüb.

Təklif olunan layihədə AMEA Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəticələrindən, eyni zamanda Milli Aviasiya Akademiyası tərəfindən təklif edilən LIDAR sistemindən istifadə nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: