Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunda Elm Günü qeyd olunub
19.03.2019 18:32
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Elm Günü qeyd olunub

Martın 19-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – Elm Gününə həsr olunan yığıncaq keçirilib.

Tədbirdə institutun direktoru, akademik Gövhər Baxşəliyeva ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu söyləyib.

G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini deyib.

O, ulu öndər Heydər Əliyevin 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb, dahi liderin həmin görüşdə söylədiyi fikri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Gövhər Baxşəliyeva bildirib ki, ötən ilin sonunda 60 yaşını qeyd edən Şərqşünaslıq İnstitutu bu illər ərzində elmimizə böyük töhfələr verib, burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır.

Direktor ötən ilin noyabrında Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini söyləyib, bütün bunların bütövlükdə elm müəssisəsinin kollektivinin səmərəli fəaliyyətinə ölkə rəhbəri tərəfindən verilən yüksək qiymət olduğunu deyib.

Tədbirdə tarix üzrə fəlsəfə doktorları Səməd BayramzadəSübhan Talıblı, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü və başqaları çıxış edərək Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıb, kollektivin əzmlə, böyük həvəslə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: