Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2019 12:19
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqillik tariximizin əlamətdar günlərindən biri olan və azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilən bayramın yaranma tarixinə nəzər salıb. Alim ilk dəfə azərbaycanlıların birliyini təsdiq edən bu tarixi günün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər hələ 70-ci illərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının bir araya gəlməsi, onların milli birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. 

İ.Hacıyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib. Dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlanıb.

Bölmə sədri vurğulayıb ki, ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasət dahi şəxsiyyətin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ardıcıl və qətiyyətli addımlar atılır. 

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Milli həmrəyliyimizin otuz illik inkişaf tarixi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirə yekun vuran İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə kollektivi təbrik edib, Azərbaycan xalqına əmin-amanlıq arzulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: