Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib
13.05.2020 11:16
  • A-
  • A
  • A+

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları - biologiya elmləri doktoru İsmayıl Məmmədov, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və aparıcı elmi işçi Samir Quliyev muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparırlar.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında soyuq dağ ərazisində ötən il quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə dünyaya gəlmiş iki bəbir balası qeydə alınıb. Bu günlərdə əməkdaşlar tərəfindən ərazidə keçirilən monitorinq zamanı həmin bəbir balalarının yeni görüntüsü əldə edilib.

İsmayıl Məmmədovun sözlərinə görə, həmin körpə bəbir balaları artıq böyüyüb və müstəqil həyata başlamağa hazırdırlar.

Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyilə muxtar respublika ərazisində quraşdırılan xüsusi qurğularla heyvanların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkilləri, həm də videogörüntüləri əldə edilir.

Qafqaz bəbiri də bütün dünyada qorunma statusuna malikdir və bu növün az sayda fərdləri vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: