Astronomlar 30 il axtarışdan sonra böyük partlayış nəticəsində kosmosda yayılan itmiş materiyanı aşkar ediblər.
Alimlər hesablamalara əsaslanaraq, kainatın tarixinin başlanğıcında nə qədər materiyanın mövcud olduğunu müəyyənləşdirmişdilər. Lakin kainatın müasir vəziyyətini ölçdükləri zaman onun bir hissəsinin yox olduğunu bildirmişdilər.
popmech.ru saytının məlumatına görə, yeni tədqiqatda proton və neytronlardan ibarət “görünən” materiya araşdırılıb. Onun axtarışı üçün radioteleskoplar vasitəsilə qeydə alınan güclü radioimpulslardan – sürətli radioküylərdən istifadə edilib. Müşahidələr Avstraliyanın Merçison Rəsədxanasındakı ASKAP radio interferometri vasitəsilə aparılıb.
Beləliklə, astronomlar kainatın sıxlığını müəyyən edə biliblər. Nəticələr göstərir ki, itmiş materiya ulduzlar və qalaktikalar arasında, çox seyrəlmiş vəziyyətdə yerləşir.