Mançester Universitetinin alimləri tərəfindən istidə soyuyan və soyuqda isinən qrafen əsasında hazırlanmış parça təqdim olunub.Geyim bunu özü və ya istifadəçinin komandası ilə tənzimləyə bilir.
hightech.fm saytının məlumatına görə, yeni “ağıllı” parçanı adaptiv geyimə tətbiq etmək olar. O, isti havada sərinliyi və ya soyuq havada istiliyi saxlayır. Bu, qrafendən istifadə sayəsində mümkün olur.
Tədqiqatlara rəhbərlik etmiş professor Koskun Kokabas bildirib ki, istilik şüasına nəzarət etmək qabiliyyəti bir çox sahə üçün əsasdır. Ətraf mühitin istiləşməsi və ya soyuması vəziyyətində hər iki funksiyanın qorunub saxlanılması olduqca mürəkkəb prosesdir.