Rusiya Elmlər Akademiyasının (REA) Ümumi yığıncağında Rusiya elmi üçün əhəmiyyətli problem olan elmi kəşf innovasiya və bazar məhsulu olduqda onun sənədləşmə işlərindən azad olunması və bu prosesin sürətləndirməsi məsələsinə baxılıb. İclasda akademiyada elmin inkişafı üzrə məsul orqanın yaradılması təklif olunub.
REA-nın prezidenti, akademik Aleksandr Sergeyev bildirib ki, bu, nazirlikləri tez və effektiv koordinasiya etməyə və əhəmiyyətli qərarlar qəbul etməyə imkan verəcək.
Bununla yanaşı, akademiya elm sahəsində “tənzimləyici gilyotin” tətbiq etmək təklifi ilə Təhsil və Elm Nazirliyinə müraciət etmək niyyətindədir.