Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Xərçənglə yeni mübarizə üsulu tapılıb
21.08.2020 12:35
  • A-
  • A
  • A+

Xərçənglə yeni mübarizə üsulu tapılıb

ABŞ-ın Harvard Universitetinin alimləri bədxassəli şiş hüceyrələrinin maddələr mübadiləsini dəyişdirmə üsulunu tapıblar. Bu da onların müalicəsinin effektliyini yüksəldir.

Bu barədə “Cell Metabolism” jurnalında dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, kimyaterapiya seanslarından sonra alimlər sağ qalan hüceyrələrin maddələr mübadiləsində müvəqqəti dəyişikliyə məruz qaldıqlarını müəyyənləşdiriblər. Müvəqqəti dəyişiklik nəticəsində residiv meydana gəlir, bu da şiş hüceyrələrini əsas terapiyaya qarşı həssas edir.

Əgər qlutamin metabolizminə və nukleotid sintezinə qısa müddətli təsir göstərən dərmanlar istifadə olunarsa, müqavimət göstərən hüceyrələr məhv olar və nəticədə xəstə sağ qalar.

Bildirilir ki, aşkar edilən fakt qan xərçəngində tapılan və kimyaterapiyaya davamlı olan hüceyrələrə qarşı mübarizə aparmağa kömək edəcək.

www.cell.com

  • Paylaş: