Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının bu il 200 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev sənətkarın 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, Aşıqlar Birliyinin sədri, filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı bildirib ki, sözügedən Sərəncama uyğun olaraq A.Ələsgərin yubileyi ilə bağlı silsilə elmi tədqiqatların, elmi nəşrlərin hazırlanması və s. gündəmdədir.
Professor qeyd edib ki, Aşıq Ələsgər irsinin təbliği istiqamətində tədbirlərin təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələri səviyyəsində də təşkili olduqca vacibdir.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.