Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 17:22
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində Anım Günü tədbiri keçirilib

Şəki Regional Elmi Mərkəzində Anım Günü tədbiri keçirilib

AMEA Şəki Regional Elmi Mərkəzində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasında əsas amil olub.

Sonra mərasim Şəki şəhərindəki Şəhidlər xiyabanını ziyarətlə davam edib. İştirakçılar şəhid məzarlarının önünə gül-çiçək dəstələri düzərək, onların əziz xatirəsi ehtiramla yad ediblər.

Qeyd edək ki, Şəki Regional Elmi Mərkəzinin Genefond bağında şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası da həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: