Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 12:16
  • A-
  • A
  • A+

"Rəşadətli ordu, çevik diplomatiya və Böyük Qələbə" mövzusunda tədbir keçirilib

"Rəşadətli ordu, çevik diplomatiya və Böyük Qələbə" mövzusunda tədbir keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr - Anım Günü ilə bağlı “27 sentyabr 2020-ci il tarixinə baxış: Rəşadətli ordu, çevik diplomatiya və Böyük Qələbə” mövzusunda tədbir keçirilib.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov mövzu ilə bağlı çıxış edib. XX əsrin 90-cı illərindən başlayaraq 2020-ci ilə qədər dünyada Azərbaycana qarşı ikili standartların hökm sürdüyü və 30 ildən çox müddətdə ərazilərimizin işğaldan azad edilməsi üçün terrorçu Ermənistana qarşı səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülmədiyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Z.Əkpərov düşmənin təxribatlarına cavab olaraq ordumuzun əks-hücuma keçməsi haqqında verilən qərarın haqqın, ədalətin bərqərar olması üçün aparılmış düzgün diplomatik siyasətin nəticəsi olduğunu deyib.

“Qələbəyə gedən yol” mövzusunda 10 dəqiqəlik videoçarx izlənildikdən sonra institutun alimləri 44 günlük Vətən müharibəsinə və onun ilk günü olan 27 sentyabrla bağlı təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: