Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.09.2021 16:14
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) I və II kurs magistrantlarla görüş keçirilib.

Görüşdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdir müavini, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov, RPİ-nin icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, həmin müəssisənin Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, magistrantların rəhbərləri və digər natiqlər 2021-2022-ci tədris ili üzrə statistik məlumatları və bu təhsil pilləsinin əhəmiyyətini diqqətə çatdırıb, eyni zamanda yeni tədris ilinin başlanması münasibətilə gəncləri təbrik ediblər.

Sonda çıxış edən magistrantlar yaradılan şəraitə görə AMEA və institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: