Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.10.2021 14:06
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda magistrantlarla görüş keçirilib

İqtisadiyyat İnstitutunda magistrantlarla görüş keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov magistraturaya yeni qəbul olmuş magistrantlarla görüşüb.

Görüşdə İqtisadiyyat İnstitutunun elmi katibi, dosent Leyli Allahverdiyeva, Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Mahir Zeynalov iştirak edib.

Professor Nazim İmanov AMEA-nın magistraturasında təhsilin əsas xüsusiyyətləri, üstünlükləri, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində İqtisadiyyat İnstitutunda həyata keçirilən fəaliyyət barədə danışıb. Habelə magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, magistratura təhsilini uğurla başa vuranların gələcəkdə öz elmi fəaliyyətlərini sözügedən müəssisədə davam etdirmək imkanlarının olduğunu qeyd edib. Gənc magistrların istək və arzularını dinləyən, onlarla yaxından tanış olan direktor gənclərə magistr təhsili sahəsində uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına, makroiqtisadi siyasət ixtisasına 3 nəfər qəbul olub. Onlardan ikisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, biri isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: