Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.03.2022 14:02
  • A-
  • A
  • A+

Almaniyanın Vürzburq Universitetinin professoru Xocalı-Gədəbəy mədəniyyətinin maddi nümunələrini araşdırır

Almaniyanın Vürzburq Universitetinin professoru Xocalı-Gədəbəy mədəniyyətinin maddi nümunələrini araşdırır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan mədəniyyətinə aid arxeoloji kolleksiyası (Son Tunc-Erkən Dəmir dövrü) ilə əlaqədar Almaniyanın Vürzburq Universitetinin əməkdaşı professor Martin Gruber və həmin universitetin tələbəsi Silviya Kömm tərəfindən tədqiqatlar aparılır.

Gerda Henkel Stiftung fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində aparılan tədqiqatın məqsədi Xocalı-Gədəbəy mədəniyyətinin maddi nümunələrini araşdırmaqdan ibarətdir. Muzeydəki bu arxeoloji kolleksiya Xocalı-Gədəbəy mədəniyyətinin xronoloji və regional inkişafı, onun Cənubi Qafqazda Son Tunc və Erkən Dəmir dövründəki rolu ilə bağlı yeni tədqiqatlara yol açacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: