Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Muzeyinin əməkdaşının beynəlxalq simpoziumda məruzəsi dinlənilib
26.04.2022 11:37
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşının beynəlxalq simpoziumda məruzəsi dinlənilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova Türkiyə Cümhuriyyətinin Düzce Universiteti, Dokuz Eylül Universiteti və Karadeniz Universitetinin professor-müəllim heyətinin təşkilatçılığı ilə keçirilən “Sosial elmlərdə yeni yanaşmalar və araşdırmalar” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Tədbirdə A.Məmmədovanın “Elxanlı xanı Ənuşirvan dövrünün Qarabağ gümüş dirhəmi” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində muzeyin Numizmatika fondunda qorunan hicri 750 = 1349-cu ildə zərb edilmiş gümüş dirhəm, dövrün pul təsərrüfatı və ticarət əlaqələri haqqında məlumat verib. A.Məmmədova qeyd edib ki, muzeydə qorunan həmin nadir sikkədə ərəbcə “Qarabağda zərb edilib” sözləri həkk olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: