Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2022 17:12
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Yüksək Texnologiyalar Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Yüksək Texnologiyalar Parkında (YTP) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

Əvvəlcə görkəmli siyasi xadim Heydər Əliyevin YTP-dəki büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz və unudulmaz xatirəsi texnoparkın kollektivi tərəfindən ehtiramla yad edilib.

Tədbirdə çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, eləcə də ölkə iqtisadiyyatı və sənayesinin dirçəlməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib. Baş direktor Ulu Öndərin xidmətləri sayəsində hazırda ölkəmizdə iqtisadiyyatın prioritet sahəsi olan sənaye sektorunun yeni inkişaf yoluna qədəm qoyduğunu, nəhəng sənaye müəssisələrinin yaradılmasının davamlı xarakter aldığını diqqətə çatdırıb.

O, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış YTP-nin də istehsal sahələrinin meydana gəlməsinə və regionların tarazlı sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdə olduğunu vurğulayıb. Vasif Abbasov bildirib ki, rəhbərlik etdiyi müəssisə AMEA-da əldə olunan müasir elmi nailiyyətlərə əsaslanan məhsulların istehsalına, rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafına, həmçinin ölkədə sahibkarlıq fəaliyyətinin artırılmasına böyük dəstək göstərir.

Daha sonra çıxış edənlər Ulu Öndərin çoxşaxəli fəaliyyətindən bəhs edib, dahi şəxsiyyətin xatirəsinin hər zaman qəlblərdə və hafizələrdə yaşayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: