Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.05.2015 07:28
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda keçirilmiş tədbirdə “Dilmanc” layihəsi çərçivəsində görülən işlərdən söz açılıb

Riyaziyyat və Mexanika İnstitutunda keçirilmiş tədbirdə “Dilmanc” layihəsi çərçivəsində görülən işlərdən söz açılıb

Mayın 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilib.

Tədbirdə Əməkdar mühəndis, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edib.

Seminarda “Dilmanc” layihəsi çərçivəsində yaradılmış nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi (Dilmanc Translator/Conversation), nitqin avtomatik mətnə çevrilməsi (Dilmanc imla), mətnin səsləndirilməsi (nitqin sintezi) (Dilmanc TTS), istifadəçi ilə şifahi dialoq aparan (Təbii dilin başa düşülməsi) və digər sistemlərdən söz açılıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan dili üçün tətbiqi linqvistik texnologiyaların yaradılması istiqamətində tədqiqatlar aparılır və alınmış nəticələr əsasında müasir NLP (Natural Language Processing – təbii dillərin emalı) sistemləri yaradılır. Layihə çərçivəsində maşın tərcüməsi, nitqin tanınması və başa düşülməsi, mətnlərin səsləndirilməsi, çağrı sistemləri, ağıllı axtarış, şifahi sorğunun cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər intellektual texnologiyaların yaradılması sahəsində işlər görülür. Həmin texnologiyaların yaradılması üçün Dərin Neyron Şəbəkələr (Deep Neural Networks), Gizli Markov Modelləri (Hidden Markov Models), riyazi statistika və digər nəzəriyyələrdən geniş istifadə olunur. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemləri (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlar və digər müasir hesablama və proqramlaşdırma üsullarından istifadə edilir. Göstərilən sistemlər haqqında daha ətraflı məlumat almaq və istifadə etmək üçün layihənin www.dilmanc.az saytına daxil olmaq lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: