Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
26.05.2022 10:34
  • A-
  • A
  • A+

Tarix İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda çıxış edib

AMEA-nın Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa Mərmərə Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun dəvəti ilə onların keçirdiyi “Türk dünyasının qədim şəhərləri” adlı beynəlxalq simpoziumda iştirak edib.

Tədbirdə Rəşad Mustafa “Oğuz türkmən şəhəri: Gəncə” adlı məruzə ilə çıxış edib. Simpoziumda dinlənilən məruzələr “Türk dünyasının qədim şəhərləri” adı altında kitab şəklində nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: