Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2022 16:05
  • A-
  • A
  • A+

MEK əməkdaşı Beynəlxalq Asiya Konqresində iştirak edib

MEK əməkdaşı Beynəlxalq Asiya Konqresində iştirak edib

Polşanın Torun şəhərində “Asiyada Siyasət Üfüqləri: Yollar və Strategiyalar” mövzusunda IX Beynəlxalq Asiya Konqresi keçirilib.

Konqresdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Sənədlərlə iş şöbəsinin müdiri,  hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova iştirak edib.

Pandemiyadan əvvəl hər il ənənəvi şəkildə təşkil olunan sözügedən tədbir bu il onlayn keçirilib. Konqresdə Reyhan Cəfərova “Azərbaycan dövləti konstitusion-hüquqi münasibətlərin subyekti kimi” (Азербайджанское Государство Как Субъект Конституционно-Правовых Отношений) adlı məqaləsi ilə çıxış edib. Forumun əsas məqsədi Mərkəzi Avropa və Asiya arasında müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək, diplomatlar, alimlər, ekspertlər arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaq, ekspert birliyi və sahibkarlar tərəfindən beynəlxalq əlaqələrin inkişafı ilə bağlı konkret təkliflərin işlənib hazırlanması olub.

Konqresdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: