Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 09:52
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası elmi əməkdaşlıq əlaqələrini genişləndirir

Şamaxı Astrofizika Rəsədxanası elmi əməkdaşlıq əlaqələrini genişləndirir

NASA-ın eksperti “Şərq-Qərb” elmi mərkəzinin direktoru, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeevin təşəbbüsüylə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alimləri ilə Astronomiya Tədqiqatları Mərkəzinin (Bernardo Universiteti, Santyaqo, Çili) direktoru professor Elena Popova və mərkəzin aparıcı tədqiqatçıları, o cümlədən Pakistan və Avstraliyadan olan bir sıra atronomlar arasında onlayn elmi görüş keçirilib.

Onlayn baş tutan görüşü ŞAR-ın baş direktoru, AMEA-ın müxbir üzvü Namiq Cəlilov açaraq gələcək elmi koopersiyaların yaradılmasında bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Alim bildirib ki, bu xüsusda ilkin olaraq birgə maraq doğuran aktual sahələrin müəyyənləşdirilməsi vacibdir.

Daha sonra elmi görüşdə iştirak edən astronomlar birgə elmi maraqların müəyyənləşdirilməsi üçün çalışdıqları elmi müəssisələrdə hal-hazırda nəzəri və eksperimental sahələr üzrə aparılan elmi tədqiqatlar, qoşulduqları beynəlxalq elmi layihələr haqqında ətraflı məlumat veriblər. Hər bir çıxışçı öz nitqini tamamladıqdan sonra iştirakçıların suallarını cavablandırıb.

Maraqlı keçən elmi müzakirələrin yekununda Şamaxı Astrofizika Rəsədxanası ilə Çili Astronomiya Tədqiqatları Mərkəzi arasında elmi əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: