AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin qonağı olub.
O, verilişdə ölkəmizdə ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalının mahiyyəti barədə danışıb. Bildirib ki, bu gün ölkəmizdə həm 28 May – Müstəqillik Günü qeyd olunur, həm də “Teknofest” festivalı ilə Azərbaycan bütün dünyanın diqqətini öz üzərinə çəkir. S.Xavəri festivalda nümayiş etdirilən texnologiyaların elmi tədqiqatlarla əlaqəli olduğunu deyib, bu nailiyyətlərin müasir dövrdə dövlətlərin müstəqilliyinin qorunmasında xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Sözügedən verilişi buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.