AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunan sərgidə iştirakı ilə bağlı yaradılmış İşçi qrupun rəhbəri, akademik Rasim Əliquliyev İctimai televiziya kanalının “Xəbərlər” buraxılışında “Teknofest Azərbaycan” festivalı ilə bağlı çıxış edib.
Akademik R.Əliquliyev Azərbaycanda biliklər iqtisadiyyatının formalaşdırılması, xarici bazardan məhsul asılılığının azaldılması, milli intellektual məhsulların istehsalı və ölkənin bu istiqamətdə potensialının inkişaf etdirilməsinin zəruriliyindən bəhs edib. Alim ölkəmizin milli təhlükəsizliyinin təmin olunması, müdafiə qüdrətinin yüksəldilməsində süni intellekt texnologiyalarının tətbiqi və müxtəlif təyinatlı dronların istehsalının önəmini vurğulayıb.
İşçi qrupun rəhbəri “Teknofest Azərbaycan” festivalında təqdim edilən, müxtəlif istiqamətlər üzrə aparılmış məqsədyönlü işlərin, fundamental tədqiqatların nəticəsi olan, müasir texnoloji tələblərə cavab verən yerli innovativ məhsulların xarici şirkətlərin marağına səbəb olduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.