AMEA-nın Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev Qazaxıstanın Aktau şəhərində ezamiyyətdə olub.
Q.Əfəndiyev səfər çərçivəsində “Optimum” Layihə İnstitutunun direktoru, rəhbər işçiləri və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin rektoru, müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Q.Əfəndiyev Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin yeni laboratoriyasının açılışında iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.