Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2022 12:05
  • A-
  • A
  • A+

Tarixçi alimlər V Azərbaycan-Polşa beynəlxalq konfransında iştirak ediblər

Tarixçi alimlər V Azərbaycan-Polşa beynəlxalq konfransında iştirak ediblər

Polşanın Varşava Universitetində Azərbaycan Respublikası ilə Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilmiş V Azərbaycan-Polşa beynəlxalq konfransı keçirilib.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov “Azerbaijani civilization: on European sources and their importance”, Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli “Relation between Safavid State and Polish Kingdom in the first half of the 17th century”, Azərbaycan Respublikası tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent Nigar Axundova “Azerbaijan - Poland. Culture as an important means of communication. Cultural relations of the artistic intelligentsia of Azerbaijan and Poland (XX-XXI centuries)”, Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadə “The legal regulation of bilateral relations between Azerbaijan and Poland” və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundova “Safavid shahs - language, ethnicity, traditions (based on archival materials of their diplomatic correspondence)” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: